Vertikal sprinklerlər aşağı və orta təhlükə kateqoriyalardakı layihələrdə istifadə üçün nəzərdə tutulmuşdur. Layihə növü, dizayn və hesablamalar ilə K faktoru, reaksiya və temperatur kimi dəyərlər təyin olunur. O, layihələndirilmiş boru şəbəkəsinə deflektor yuxarıya doğru quraşdırılır və sprinkler işə salındıqda aşağıya doğru konusvari su axını başlayır.










